“Mançester Yunayted”ə təklif
11.09.2022 - 00:34
“Mançester Yunayted”ə təklif

“Atletiko”nun sabiq futbolçusu Santyaqo Arias karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Mançester Yunayted”ə təklif olunub.

Kolumbiyalı hazırda azad agent statusuna malikdir. Bu üzdən “qırmızı şeytanlar” onu transfer pəncərəsi bağlandığı halda belə heyətinə qata bilər.

Qeyd edək ki, mançesterlilər təklifi cavablandırmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0