"Mançester Yunayted"in əfsanəsi geri dönür
17.11.2023 - 22:22
"Mançester Yunayted"in əfsanəsi geri dönür

Aleks Fergüsson "Mançester Yunayted"ə qayıda bilər.

Apasport.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bildirilib ki, klubun səhmlərinin 25 faizini alması gözlənilən Cim Ratkliff Fergüssonu özünün məsləhətçisi kimi görmək istəyir. Bildirilib ki, futbol bölməsini idarə edəcək Ratkliff  “Mançester Yunayted”in idarəçiliyində şotland mütəxəssislə məsləhətləşmək niyyətindədir.


O cümlədən, Ratkliff Fergüssonla Mançester təmsilçisinin idman direktoru vəzifəsinə namizədləri müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, təcrübəli mütəxəssisin bu vəzifədə əsas namizədinin "Kristal Pelas"ın idman direktoru Duqi Fridman olduğu vurğulanıb. 

writer photo
Əlirza Əlirzalı
0