"Mançester Yunayted"in Marsial qərarı
25.01.2024 - 09:14
"Mançester Yunayted" fransalı hücumçusu ilə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” Antoni Marsialla yeni müqavilə imzalamağı planlaşdırmır.
28 yaşlı forvard bu yay azad agent kimi istədiyi komanda ilə anlaşma imzalaya biləcək. O, 2015-ci ilin sentyabr ayından "Mançester Yunayted"in şərəfini qoruyurdu.
Qeyd edək ki, bu mövsüm 19 maçda cəmi 629 dəqiqə meydanda olan Marsial 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
0
0