“Mançester Yunayted”in müdafiə planı
04.04.2023 - 00:26
“Mançester Yunayted”in müdafiə planı

“Mançester Yunayted” yay transfer pəncərəsində müdafiə xəttini yeniləməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi Aron van Bissakanı satmağa qərar verib.

Premyer Liqa təmsilçisi “Bavariya”dan Bencamen Pavarı ələ keçirmək fikrindədir. Baş məşqçi Ten Haq van Bissakadan mövsümün ikinci yarısındakı çıxışından məmnun olsa da, onun satılması məqsədəuyğun sayılıb.

Qeyd edək ki, Aron cari mövsümün 22 matçında 1 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0