“Mançester Yunayted”in qapı planları
24.09.2022 - 23:22
“Mançester Yunayted”in qapı planları

“Mançester Yunayted” qapıçısı David de Xea ilə müqaviləni uzada bilər.

Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiperin anlaşması mövsümün sonunda başa çatacaq.

Mançesterlilər müqavilənin bir il artırılması bəndindən yararlanmaq barədə götür-qoy edir. Klub rəhbərliyi De Xeanı azad agent kimi buraxsa, onun əvəzinə Cordan Pikford alına bilər. “Everton”la müqaviləsi 2024-cü ilin yayınadək olan milli üzvü daha iddialı kluba keçmək istəyir. 

Qeyd edək ki, De Xea 2019-cu ildə həftəlik maaşı 350 min funt təşkil edən müqavilə imzalayıb. Amma komanda “Top-4”də yerini itirdikdən sonra bu rəqəm azalıb.

writer photo
Əlirza Əlirzalı
0