“Mançester Yunayted”in “qara siyahısı”
08.12.2023 - 10:49
“Mançester Yunayted”in “qara siyahısı”

“Mançester Yunayted”in qış transfer pəncərəsində vidalaşmaq istədiyi futbolçular müəyyənləşib.

Apasport.az xəbər verir ki, İngiltərə təmsilçisi üç oyunçusunu satmaq niyyətindədir.

Mançesterlilər yarımmüdafiəçi Kazemiro, müdafiəçi Rafael Varan və hücumçu Ceydon Sançonu satmağı planlaşdırır. Klub rəhbərliyi digər futbolçularla bağlı təklifləri də nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Premyer Liqa təmsilçisi yeni futbolçuların transferinə yalnız oyunçu satışından sonra qərar verəcək.
 

writer photo
Əlirza Əlirzalı
0