Mane "Bavariya"da oynamaq istəmədiyini açıqladı
17.05.2023 - 12:59
Mane "Bavariya"da oynamaq istəmədiyini açıqladı

Sadio Mane "Bavariya"da oynamaq istəmədiyini açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, 31 yaşlı hücumçu mövsümün sonunda Almaniya təmsilçisini tərk etməkdə qərarlıdır.

Seneqal millisinin də şərəfini qoruyan futbolçunun yenidən İngiltərəyə qayıtmaq istədiyi bildirilir. Bir çox Premyer Liqa klubunun diqqətini cəlb edən forvardın yenidən “Dumanlı Albion”da karyerasını davam etdirmək şansı da yüksək quymətləndirilir.

Qeyd edək ki, 2022-ci ilin yayında “Liverpul”dan Münhen təmsilçisinə keçən Manenin almanlarla 2025-ci ilə qədər müqaviləsi var. Futbolçu bu mövsüm 36 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0