Mane “Bavariya”dan gedəcək: İngiltərə, yoxsa İtaliya?
26.04.2023 - 19:22
Mane “Bavariya”dan gedəcək: İngiltərə, yoxsa İtaliya?

“Bavariya” futbolçusu Sadio Mane ilə vidalaşmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, seneqallı hücumçu “Napoli”yə təklif olunacaq.

Almaniya klubu Viktor Osimhenin transferi üçün Maneni verməyə hazırdır. Lakin ildə 22 milyon avro qazanan afrikalının maaşı İtaliya təmsilçisini qane etməyə bilər.

Sadio üçün digər müştəri İngiltərədəndir. Hücum xəttində yeni oyunçulara ehtiyac duyan “Çelsi” “Bavariya” ilə danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, ötən yay “Liverpul”dan “Bavariya”ya keçən Mane komanda yoldaşı Leroy Sane ilə qalmaqaldan sonra klub rəhbərliyinin “qara siyahı”sına düşüb.

writer photo
Əlirza Əlirzalı
0