Manuel Noyer xərçəngə tutuldu
02.11.2022 - 15:36
Almaniya yığmasının və “Bavariya”nın kapitanı Manuel Noyer xərçəngə tutulub.
Apasport.az saytı xəbər verir ki, bunu ulduz futbolçu özü açıqlayıb.
36 yaşlı qolkiper bildirib ki, bir müddətdir dəri xərçəngindən əziyyət çəkir. Noyer hətta buna görə 3 dəfə əməliyyat da olunub: “Təəssüf ki, dəri xərçənginə tutuldum və üç dəfə əməliyyat olundum. Çox çətin dönəmdən keçdim”.
Qeyd edək ki, Noyer son vaxtlar çiynindəki zədə səbəbindən “Bavariya”dan kənar qalıb.
0
0