Markos Alonsonun vəziyyəti AÇIQLANDI
03.01.2024 - 18:52
Markos Alonsonun vəziyyəti AÇIQLANDI

"Barselona"nın müdafiəçisi Markos Alonsonun son durumu açıqlanıb.

Apasport.az klubun saytına istinadla xəbər verir ki, 33 yaşlı futbolçu belindəki zədə səbəbilə uğurla əməliyyat olunub.

İspaniyalının bərpa müddəti ilə bağlı məlumat yoxdur. Lakin daha əvvəl mətbuatda futbolçunun təxminən 2 aya yaxın sıradan çıxdığı bildirilirdi.

2023/2024 mövsümündə Alonso "Barselona"da 7 oyuna çıxıb, fərqlənə bilməyib. 

 

writer photo
Əlirza Əlirzalı
0