Marselo İtaliya yolunda
21.07.2022 - 15:49
Marselo İtaliya yolunda

“Real”ın sabiq kapitanı Marselo karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü “Latsio”nun maraq dairəsindədir.

Hazırda azad agent statusu daşıyan 34 yaşlı sol cinah müdafiəçisi özü də Roma klubuna keçməkdə maraqlıdır. Lakin o, illik 2,5 milyon avro maaş olmaqla 3 illik müqavilə tələb edib. İtalyanları narahat edən yeganə məqam Marselonun fiziki durumudur. Çünki oyunçu ötən mövsüm “Real”ın heyətində cəmi 12 çempionat oyununda iştirak edib, onun da yalnız 5-də start heyətində yer alıb.

Qeyd edək ki, Marselo 2007-2022-ci illər ərzində “Real”da 544 matçda meydana çıxıb, 37 qol, 103 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0