Marsial məşqlərdən kənarda
13.10.2022 - 14:52
Marsial məşqlərdən kənarda

“Mançester Yunayted”in futbolçusu Antoni Marsialın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun baş məşqçisi Erik Ten Haq açıqlayıb.

O bildirib ki, hücumçu zədə üzündən məşq etmir və bu üzdən qarşıdakı turu buraxa bilər. Mançesterlilər oktyabrın 16-da “Nyukasl”la görüşəcək.

Qeyd edək ki, Marsial “Everton”la oktyabrın 9-dakı matçın (2:1) 29-cu dəqiqəsində zədə üzündən əvəzlənib.

writer photo
Əlirza Əlirzalı
0