Martines: "Neymar qarşı oynadığım ən yaxşı futbolçudur"
06.04.2023 - 21:40
Martines: "Neymar qarşı oynadığım ən yaxşı futbolçudur"

"Aston Vila"nın qapıçısı Emiliano Martines Neymarı oynadığı ən yaxşı futbolçu adlandırıb.

Apasport.az xəbər verir ki, argentinalı qolkiper bunu belə əsaslandırıb:

“Neymar qarşı oynadığım ən yaxşı futbolçudur. Amerika Kubokunun finalında onun qarşısını almağa çalışdıq, amma bacarmadıq. O an düşündüm: “Aman Tanrım, o indiyədək oynadığım ən yaxşı oyunçudur”.

[Ona qarşı oyuna] fərqli hazırlaşdım? Xeyr, siz sadəcə dua edirsiniz ki, o, pis gün keçirsin və arxa "4-lük" həyatlarının ən yaxşı gününü keçirsin”.

writer photo
Əlirza Əlirzalı
0