Mauntun durumuna aydınlıq gəldi
23.08.2023 - 09:52
Mauntun durumuna aydınlıq gəldi

“Mançester Yunayted”in futbolçusu Meyson Mauntun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Yarımmüdafiəçi Premyer Liqanın II turunun “Tottenhem”lə matçında zədələnib. O, qarşıdakı bir neçə turu buraxacaq.

Maunt “Nottinhem Forest”lə matçda forma geyinməyəcək. Yarımmüdafiəçinin “Arsenal”la qarşılaşmada da kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, mançesterlilər bu oyunda 0:2 hesabı ilə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0