Mauritsio Sarri istefa verdi
12.03.2024 - 22:23
Mauritsio Sarri istefa verdi

İtaliya A Seriyası təmsilçilərindən "Latsio"da baş məşqçi istefası baş verib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Onun sözlərinə görə, "Latsio"nun baş məşqçisi Mauritsio Sarri bu gün klub rəhbərliyinə istefa ərizəsini təqdim edib.

Bir neçə gün əvvəl klubun mətbuat xidmətindən ayrılıq xəbərləri barədə təkzib gəlməsinə baxmayaraq təcrübəli mütəxəssis "qartallar"la yolları ayırıb.

Qeyd edək ki, ötən gün A Seriyası matçı çərçivəsində "Latsio" doğma meydanda "Udineze"yə 1:2 hesabı ilə məğlub olub. 

writer photo
Əlirza Əlirzalı
0