Mbappe əsas heyətə qaytarılsa da...
13.08.2023 - 14:42
Mbappe əsas heyətə qaytarılsa da...

Kilian Mbappe əsas komanda ilə məşq edəcək.

Apasport.az-ın məlumatına görə, klub rəhbərliyi ilə futbolçu arasında danışıqlar müsbət yekunlaşıb.

2023/24 mövsümünün sonunda bitəcək müqaviləni yeniləməyən Fransa yığmasının üzvü komandanın əsas heyətindən uzaqlaşdırılmışdı. Forvardın “Real”la apardığı danışıqlar PSJ-nin tələb etidyi məbləğ ödənmədiyi üçün uğursuz nəticələnmişdi. Paris klubunun rəhbərliyi razılıq əldə olunmadığı təqdirdə, mövsüm ərzində Mbappeni heyətdən kənarda saxlamaq qərarı verib.

Qeyd edək ki, Kilianın oyunlar zamanı heyətdə yer alıb-almayacağı hələ dəqiqləşməyib. 
 

writer photo
Əlirza Əlirzalı
0