Mbappe ilə Neymar barışdı
16.08.2022 - 13:36
Mbappe ilə Neymar barışdı

PSJ-nin futbolçuları Kilian Mbappe və Neymar arasında münaqişə həll olunub.

Apasport.az saytının məlumatına görə, Paris klubunun idman direktoru Luis Kampos tərəfləri barışdırıb.

Liqa1-in II turunda “Monpelye” ilə oyunda Neymarın boş mövqedə olarkən ötürmə verməməsi və penaltini özü yerinə yetirməsi Mbappenin narazılığına səbəb olmuşdu. İdman direktoru hücumçularla danışıb, onların davranışının komandanın ümumi performansına xələl gətirə biləcəyini söyləyib. Həmin görüşdən sonra futbolçular aralarında heç bir inciklik qalmadığını açıqlayıb.

Qeyd edək ki, PSJ yeni mövsümünə “Klermon” (5:0) və “Monpelye” (5:2) üzərində qələbə ilə başlayıb. 
 

writer photo
Əlirza Əlirzalı
0