Mbappedən unikal göstərici
26.10.2023 - 11:01
Mbappedən unikal göstərici

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasında çıxdığı 64 matçda 65 qolun vurulmasında pay sahibi olub.

Apasport.az xəbər verir ki, fransalı futbolçu 2016-cı ildən Çempionlar Liqasındakı debütündən indiyədək keçirdiyi 64 oyunda 42 qol vurub.

Mbappenin hesabında 23 məhsuldar ötürmə var. O, ilk 64 matçdakı  göstəricisində yalnız Robert Levandovskidən geri qalır. 

Qeyd edək ki, Çempionlar Liqasının ən məhsuldar oyunçusu Kriştiano Ronaldodur. Superulduz 140 qol və 42 assistlə siyahıda liderdir.

writer photo
Əlirza Əlirzalı
0