Mbappenin Messidən narazılığı
13.10.2022 - 17:10
Mbappenin Messidən narazılığı

Argentinalı hücumçu Lionel Messi PSJ-nin paltardəyişmə otağının liderinə çevrilib.

Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, superulduz bu mövsümdən “Barselona”da olduğu kimi, Paris klubunda da eyni təsirə malikdir.

Ancaq bu, Liqa1 çempionunun digər hücumçusu Kilian Mbappenin ürəyincə deyil. Fransalı forvard komandaya Messinin liderlik etməsindən narazıdır və bu amilin Çempionlar Liqasını qazanmalarına mane olacağını düşünür.

Qeyd edək ki, Lionel Messi PSJ-yə ötən ilin yayında “Barselona”dan keçib.

writer photo
Əlirza Əlirzalı
0