Meksikalı ulduz ərəb yarımadasına doğru
11.11.2023 - 11:28
Meksikalı ulduz ərəb yarımadasına doğru

Tanınmış futbolçuların Ərəb yarımadasına axını davam edir.

Apasport.az xəbər verir ki, meksikalı hücumçu Xavyer Hernandes də bu karvana qoşulmağı planlaşdırır.


Çiçarito kimi tanınan 35 yaşlı veteran futbolçu gələcək karyerası ilə bağlı açıqlama verib: “MLS, Avropa, Meksika, eləcə də Səudiyyə Ərəbistanından gələn təklifləri dəyərləndirirəm. Mənim üçün əsas məsələ daim oynayacağım kluba getməkdir. Hələlik əsas real təklif ərəblərdən gəlib. Ən qısa zamanda seçimimi açıqlayacam”.

Qeyd edək ki, Hernandes noyabrın əvvəlində ABŞ-nın “Los Anceles Qalaksi” klubundan ayrılıb.

writer photo
Əlirza Əlirzalı
0