Mendi Londonda klubunu dəyişir
23.11.2022 - 21:24
Mendi Londonda klubunu dəyişir

“Çelsi”nin qapıçısı Eduar Mendi qış transfer pəncərəsində komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, seneqallı qapıçı “Tottenhem”in transfer siyahısında yer alıb.

“Zadəganlar”ın start heyətində yerini itirən afrikalı klubunu dəyişməkdə maraqlıdır. Bu üzdən Londonun digər təmsilçisinə keçid onun üçün də cəlbedici variant sayılır.

Qeyd edək ki, Mendi cari mövsüm 9 oyunda 12 qol buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0