Məşhur futbol veteranı: "O, "İnter"də məni məhv etdi"
15.03.2023 - 00:02
Məşhur futbol veteranı: "O, "İnter"də məni məhv etdi"

“Roy Hocson məni məhv etdi".

Apasport.az xəbər verir ki, bunu Braziliya millisinin sabiq müdafiəçisi Robertu Karlus deyib.

O, ingiltərəli məşqçi Roy Hocsonun "İnter"də olarkən onun karyerasına zərbə vurduğunu bildirib: "O məni yarımmüdafiənin mərkəzində oynadırdı. Belə bir oyunla Braziliya millisinə düşmək şansım olmadı. Buna görə də 1997-ci ildə keçirilən Amerika Kubokunda iştirak etmədim.

Məsələ yola getməməyimizlə bağlı deyil. Onun futboldan xəbəri yox idi. Ona görə də “İnter”in o vaxtkı prezidenti Massimo Moratti ilə danışdım və məni buraxmasını xahiş etdim”.

Qeyd edək ki, 1995/1996 mövsümünün sonunda Robertu Karlus "Real"a keçib.

writer photo
Əlirza Əlirzalı
0