Messi: “Buna son qoymaq lazım idi”
22.11.2023 - 11:21
Messi: “Buna son qoymaq lazım idi”

“Biz bu gecə tarix yazdıq”. 

Apasport.az xəbər verir ki, bunu Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi deyib.

O, DÇ-2026-nın seçmə mərhələsində Braziliya üzərində qazandıqları qələbəyə şərh verib: “Braziliyalıların argentinalılara qarşı “repressiya”ları ilə yadda qalacağını söyləmək vacibdir. Buna dözmək olmaz, bu dəlilikdir. Buna dərhal son qoymaq lazım idi”.

Qeyd edək ki, altı oyundan sonra Argentina millisi 15 xalla turnir cədvəlində birinci yerdədir.

writer photo
Əlirza Əlirzalı
0