Messi DÇ-2022-ni buraxmaqdan qorxur
15.10.2022 - 22:23
Messi DÇ-2022-ni buraxmaqdan qorxur

“Budəfəki dünya çempionatı başqa vaxtda keçiriləcəyi üçün əvvəlkilərdən fərqli olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin kapitanı Lionel Messi deyib.

35 yaşlı superulduz mundial öncəsi zədələnməkdən qorxduğunu gizlətməyib: “Turnirə o qədər yaxınıq ki, başınıza gələ biləcək hər hansı xırda şey bizi kənarda qoya bilər. Paulo Dibala və Anxel Di Mariyanın yaşadıqları heç kimin diqqətindən kənarda qalmadı. Bunu gördükdən sonra vəziyyət hamı üçün qorxulu olur. Ancaq bu haqda düşüncələrlə oyuna girmək də yanlışdır. Əvvəlki kimi davam etmək daha yaxşıdır. Oyun yaxşı olmağın ən yaxşı yoludur. Ümid edirəm ki, Dibala ilə Di Mariya yaxşılaşar. Onların sağalmaq üçün kifayət qədər vaxtı var”.

Qeyd edək ki, Lionel Messi bundan əvvəl DÇ-2022-nin karyerasında son dünya çempionatı olacağını açıqlayıb.

writer photo
Əlirza Əlirzalı
0