Messi “üçlüy”ün bir addımlığında
24.09.2022 - 15:35
Messi “üçlüy”ün bir addımlığında

Lionel Messi Argentina millisinin heyətində növbəti qollarını vurub.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı forvard Hondurasla görüşdə dubl müəllifi olub.

Messi bununla da yığmadakı qol sayını 88-ə çatdırıb. O, buna 163 matçda nail olub.

Lionel millidəki qol sayında dünyanın 4-cüsüdür. Onu 3-cü pillədəki Moxtar Daharidən bir top ayırır. Malayziya millisində 142 dəfə meydana çıxan asiyalı 89 dəfə fərqlənib.

İlk iki pillənin sahibləri isə 100 qol səddini arxada qoyub. Kriştiano Ronaldo Portuqaliyada 117 (189), Əli Daei İranda 109 (148 matçda) dəfə fərqlənib.

Qeyd edək ki, Argentina Hondurası 3:0 hesabı ilə məğlub edib.
 

writer photo
Əlirza Əlirzalı
0