Messidən 35 ədəd qızılla bəzədilmiş "iPhone"
02.03.2023 - 13:42
Messidən 35 ədəd qızılla bəzədilmiş "iPhone"

Argentina millisinin kapitanı Lionel Messi 35 ədəd qızılla bəzədilmiş "iPhone" alıb.

Apasport.az saytı xəbər verir ki, superulduz bu telefonları DÇ-2022-dəki qələbə şərəfinə yığmanın futbolçuları və məşqçilərinə hədiyyə edib.  

Bu barədə telefonların bəzədilməsi ilə məşğul olan “Indesign Gold” şirkətinin rəhbəri Benjamin Lyon məlumat verib.

Telefonların arxasında milli komandanın futbolçularının adları və forma nömrələri yazılıb.

Qeyd edək ki, PSJ-nin formasını geyinən Messi hədiyyələrə təxminən 200 min avro xərcləyib.

writer photo
Əlirza Əlirzalı
0