Messidən bir qol iki rekord, PSJ “Real”a çatdı
15.09.2022 - 09:58
Messidən bir qol iki rekord, PSJ “Real”a çatdı

Çempionlar Liqasının II turunda Hayfa “Makkabi”si ilə qarşılaşan PSJ rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Fransa klubu ardıcıl 40-cı qrup oyununda qol sevinci yaşayıb.

Parislilər bununla da “Real”ın rekordunu təkrarlayıb. Madridlilər 2008-15-ci illərdə bunu gerçəkləşdirdib.

PSJ-nin ilk qolunu vuran Lionel Messi isə birdən-birə iki rekorda imza atıb. O, Çempionlar Liqasında 39 müxtəlif rəqibə qol vurmaqla Kriştiano Ronaldonu arxada qoyub. Argentinalı həm də 18 mövsümdə qol sevinci yaşamaqla rekordçu olub.

Qeyd edək ki, PSJ İsraildəki qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0