Messinin unutmadığı qol
02.11.2023 - 11:11
Messinin unutmadığı qol

Lionel Messinin karyerası ərzində vurduğu ən gözəl qol bəlli olub.

Apasport.az xəbər verir ki, 36 yaşlı futbolçu ən unudulmaz qolunu açıqlayıb

ABŞ-ın “İnter Mayami” klubunun  hücumçusu özü üçün yaddaqalan qolu “Santyaqo Bernabeu”da vurduğu bildirib.  O, 2011-ci ildə Çempionlar Liqasının yarımfinalında “Barselona”nın heyətində “Real”la görüşdə fərqləndiyini xatırlayıb: “Mən həmişə deyirəm ki, Çempionlar Liqasının finalında və dünya çempionatının finalında qol vurmaq önəmlidir. Hər zaman xatırladığım qolu isə Çempionlar Liqasının yarımfinalında  “Real”ı 2:0 hesabı ilə məğlub etdiyimiz matçda vurmuşam”.

Qeyd edək ki, 36 yaşlı futbolçu ilin ən yaxşı oyunçusu kimi “Qızıl top”a layiq görülüb. O, əsas rəqibləri “Mançester Siti”nin futbolçusu Erlinq Haland və PSJ-nin üzvü Kilian Mbappeni geridə qoyaraq, karyerası ərzində 8-ci dəfə bu mükafatı alıb.
 

writer photo
Əlirza Əlirzalı
0