“Qarabağ” ikinci yoxlama oyununda uduzdu
01.07.2023 - 21:53
“Qarabağ” ikinci yoxlama oyununda uduzdu

Avstriyada keçirilən təlim məşq-toplanışı çərçivəsində “Qarabağ” ikinci yoxlama matçını keçirib.

Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu “Legiya”ya uduzub.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra Polşa təmsilçisi ələ düşən fürsətlərdən faydalana bilib. 74 və 80-ci dəqiqələrdə “Legiya” iki dəfə fərqlənib.

Qeyd edəki ki, “Qarabağ” ilk yoxlama matçında “Ferentsvaroş”la 3:3 hesabı ilə heç-heçə oynayıb

1 iyul
“Qarabağ” – “Legiya” (Polşa) – 0:2
Qollar:
Rosolek, 74. Elitim, 80
 

writer photo
Əlirza Əlirzalı
0