Nazilə İsmayılova Avropa çempionatında çıxış edəcək
12.02.2024 - 16:54
Nazilə İsmayılova Avropa çempionatında çıxış edəcək

12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürüb.

Apasport.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edəcək.

Artıq onlardan biri – Nazilə İsmayılova körpücük üzərinə qalxıb. O, 45 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb. O, toplam 128 kq (58+70) nəticə göstərib və B qrupunda 3-cü olub.

Nazilənin yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.

writer photo
Əlirza Əlirzalı
0