Messi “Toronto”ya qarşı oynaya biləcək
19.09.2023 - 22:34
Messi “Toronto”ya qarşı oynaya biləcək

Lionel Messi “İnter Mayami”nin son iki oyununda iştirak etməyib.

Apasport.az saytı xəbər verir ki, onun “Toronto” ilə matçı da buraxma ehtimalı var.

Argentina yığmasının ilə seçmə mərhələsində çıxış edən Messi kiçik zədəyə görə, MLC son turunda “Atlanta”ya qarşı meydana çıxmayıb. Hazırda komanda ilə məşq edən ulduz futbolçunun vəziyyətinə sabah aydınlıq gələcək. Komandanın baş məşqçisi Xerard Martino Messi və Albanın vəziyyətinin qaydasında olduğunu və qarşıdakı oyunlarda iştirak edəcəyini qeyd edib.

Qeyd edək ki, “İnter Mayami” çətin sınaq gözləyir. Komanda 18 gündə 6 oyun keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0