Markinyos PSJ-də qalacaq
04.01.2023 - 11:16
Markinyos PSJ-də qalacaq

PSJ futbolçusu Markinyosla yeni müqavilə imzalayacaq. 

Apasport.az saytının məlumatına görə, bunu braziliyalı müdafiəçinin özü açıqlayıb.

O bildirib ki, yeni anlaşma ilə bağlı danışıqlar aparılır. 28 yaşlı futbolçu sözləşmə ilə bağlı razılaşdıqlarını qeyd edib. Tərəflər 2027-ci ilədək nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Markinyosun indiki anlaşması 2024-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0