“Napoli” əsas hücumçusunu itirib.
Apasport.az xəbər verir ki, Viktor Osimhenin ayaq əzəzlələrində yorğunluğa bağlı zədə aşkarlanıb.
Bu səbəbdən 25 yaşlı nigeriyalı forvardın Çempionlar Liqasının 1/8 final mərhələsinin fevralın 21-də "Barselona"ya qarşı keçiriləcək ilk oyunu buraxacağı iddia olunur.
Neapol klubunun baş məşqçisi Valter Mazzarri məsələyə belə münasibət bildirib: “Osimhenin “Barselona” ilə matçda iştirak etmə ehtimalı azdır. Onun və tibb işçilərinin sözlərinə görə, Osimhen hələ tam hazır deyil və əzələlərində müəyyən problemlər var. Afrika Millətlər Kubokundan sonra futbolçunu riskə atıb daha bir-iki ay itirmək axmaqlıq olar. Bu səbəbdən də Viktora istirahət verəcəyik”.