“Sabah” – “Neftçi” görüşünün hakimləri açıqlandı
17.08.2023 - 12:41
“Sabah” – “Neftçi” görüşünün hakimləri açıqlandı

Misli Premyer Liqasında III turun təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah start götürəcək matçların hakimləri bəlli olub.

“Sabah”la “Neftçi” arasında turun mərkəzi görüşünə təyinatlar da müəyyənləşib. Paytaxt derbisini Əliyar Ağayev idarə edəcək.

Misli Premyer Liqası
III tur

18 avqust (cümə)
“Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Gəncə şəhər stadionu, 17:00

19 avqust (şənbə)
“Qəbələ” – “Sumqayıt”

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 18:00

“Səbail” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”, 20:00

20 avqust (bazar)
“Qarabağ” – “Araz-Naxçıvan”

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”, 18:00

“Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabarov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”, 20:00

writer photo
Əlirza Əlirzalı
0