Neymar gecə klubunda...
06.07.2023 - 11:45
Neymar gecə klubunda...

PSJ-nin hücumçusu Neymar yenidən qalmaqalla diqqət mərkəzinə düşüb. 

Apasport.az saytı xəbər verir ki, Braziliya millisinin kapitanı bu dəfə Rio-de-Janeyroda gecə klubunda davada iştirak etməkdə ittiham olunur. 

Münaqişənin həftəsonu olduğu iddia edilir. Naməlum kişiyə qışqıraraq onunla dava edən futbolçuya təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə edib. Güclə sakitləşdirilən 31 yaşlı oyunçunun nəyə görə dava etdiyi açıqlanmır. İnsident zamanı futbolçunun yanında sevgilisi Bruna Biankardini də olub.

Qeyd edək ki, PSJ ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Neymar son mövsümdə 29 matçda 18 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0