Messiylə ünsiyyət qurmaq üçün dil kursları: ingiliscə danışmır
23.10.2023 - 22:58
Messiylə ünsiyyət qurmaq üçün dil kursları: ingiliscə danışmır

"İnter Mayami"nin vingeri Edison Azkona maraqlı etirafı ilə gündəm olub.

Apasport.az xəbər verir ki, 20 yaşlı yarımmüüdafiəçi komanda yoldaşlarının argentinalı ulduz Lionel Messi ilə danışmaq üçün ispan dilini öyrəndiklərini deyib.

Dominikanlı futbolçu Argentina millisinin kapitanının ingiliscə danışmadığını vurğulayıb: “Mən Leo-nun ingiliscə danışdığını eşitməmişəm... Hərdən içəri girəndə ingilis dilində sadəcə “sabahınız xeyir” deyir.  Komandada ingiliscə danışan və ispan dilini bilməyənlər isə bu dildə danışmaq üçün kursa belə yazılıblar. Hər kəs anlayır ki, Messi ilə ünsiyyət qurmağın yeganə yolu ispanca danışmaqdan keçir”.

Qeyd edək ki, yayda “İnter Mayami” ilə müqavilə imzalayan 36 yaşlı Messi komandanın heyətində keçirdiyi 14 matçda 11 qol  və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0