“Milan” "Çelsi"yə elçi düşdü
29.04.2023 - 13:41
“Milan” İngiltərə Premyer Liqasından futbolçu ala bilər.
Apasport.az saytı xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi Ruben Loftus-Çik italyanların radarına düşüb.
27 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı klublar arasında danışıqların başlandığı bildirilir.
İngilis futbolçunun müqaviləsi 2024-cü ilin iyununa kimi olsa da, "Çelsi"nin onu yayda satmağı planlaşdırır.
Qeyd edək ki, bu mövsüm 28 matçda iştirak edən yarımmüdafiəçi 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0