"Milan" ilk dəfə Avropa Liqasının 1/4 finalına yüksəlib
15.03.2024 - 09:53
"Milan" ilk dəfə Avropa Liqasının 1/4 finalına yüksəlib

İtaliyanın “Milan” klubu Avropa Liqasının 1/8 final mərhələsinin ikinci oyununda Çexiya “Slaviya”sını (3:1) məğlub edib.

Apasport.az xəbər verir ki, Avropa Liqasının növbəti mərhələsinə yüksəlib. 

Beləliklə, İtaliya klubu 2009-cu ildən sonrakı dövrdə ilk dəfə olaraq Avropa Liqasının 1/4 finalına yüksəlib. 

Qeyd edək ki, UEFA kubokunda "Milan" 5 dəfə 1/4 finala yüksəlib, sonuncu dəfə bu, 2001/2002 mövsümündə olub.

writer photo
Əlirza Əlirzalı
0