“Milan” Pioliyə əvəzləyici axtarır
07.02.2023 - 14:26
“Milan” Pioliyə əvəzləyici axtarır

“Milan” baş məşqçisi Stefano Piolini əvəzləyəcək mütəxəssis axtarır.

Apasport.az saytının məlumatına görə, artıq bu posta mümkün namizədlər də bəlli olub.

Pioli istefaya göndərilsə, onun yerini tutmağa iki iddiaçı var. Mütəxəssis mövsümün gedişində və ya yayda vəzifəsindən azad edilə bilər. Onun gedişindən sonra İtaliya klubu Antonio Konte və Roberto de Dzerbi arasında seçim edəcək.

Pioli 2019-cu ilin oktyabrından “Milan”ı çalışdırır. Ötən mövsüm son 11 ildə ilk çempionluq qazanılsa da, hazırda durum ürəkaçan deyil. Superkubokda uduzan, kuboka 1/16 finalda vida edən “Milan” çempionatda 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, hazırda Konte “Tottenhem”in, De Dzerbi “Brayton”un baş məşqçisidir.

writer photo
Əlirza Əlirzalı
0