"Milan" "Real Madrid"in yarımmüdafiəçisi ilə güclənmək istəyir
09.04.2024 - 10:18
"Milan" "Real Madrid"in yarımmüdafiəçisi ilə güclənmək istəyir

"Real Madrid"in yarımmüdafiəçisi Dani Seballos yay "transfer pəncərəsi"ndə klub qeydiyyatını dəyişə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, ispaniyalı yarımmüdafiəçinin İtaliya çempionatında işləmək imkanı var. "Milan" Seballosu öz sıralarına almaq istəyir. “Rossonerilər” daha əvvəl futbolçu ilə maraqlanan “Atletiko Madrid”lə futbolçu uğrunda yarışmağa hazırdır.

Bu mövsüm yarımmüdafiəçi "Los Blancos"un heyətində 21 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 8 milyon avro olaraq qiymətləndirir. 

writer photo
Əlirza Əlirzalı
0