“Milan”a ŞƏRT qoydu
23.12.2022 - 16:25
“Milan”a ŞƏRT qoydu

“Milan” futbolçusu İsmael Bennaserlə yeni müqavilə barədə danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı əlcəzairli yarımmüdafiəçi İtaliya klubunun qarşısına öz şərtini qoyub.

O, illik 4-4,5 milyon avro maaş tələb edir. İngiltərə klublarının da Bennaserlə maraqlanması A seriyası təmsilçisini təzyiq altında saxlayır. Buna görə də milanlılar onunla anlaşmağa məcburdur.

Qeyd edək ki, Bennaserin indiki müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. O, cari mövsümün 21 matçında 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0