“Milan”ın baş məşqçi postuna namizəd
26.12.2023 - 09:45
“Milan”ın baş məşqçi postuna namizəd

“Milan”ın baş məşqçisi postuna əsas namizəd bəlli olub.

Apasport.az xəbər verir ki, İtaliya klubunu Roberto de Dzerbi çalışdıra bilər.

Milanlılar Stefano Pioli ilə vidalaşmağa hazırlaşır. Onu “Brayton”un baş məşqçisinin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, de Dzerbi 2022-ci ilin sentyabrından “Brayton”a rəhbərlik edir.
 

writer photo
Əlirza Əlirzalı
0