“Milan”ın hücumçusu Rafael Leaonun klubun qarşısına qoyduğu şərtlər müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı oyunçu ildə 7 milyon avro maaş qazanmaq istəyir.
Laonun meneceri Xorxe Mendeş rəhbərlikdən portuqaliyalının müqavilə şərtlərinin yaxşılaşdırılmasını tələb edib. Hazırda onun illik məvacibi 1,5 milyon avrodur. “Rossonyerlər” ona üç dəfə çox qazanmağa imkan verəcək yeni şərtlər təklif edib. Lakin agent futbolçunun illik 7 milyon avro maaşında israr edir.
Qeyd edək ki, Rafael Leao “Milan”a 2019-cu ildə “Lill”dən keçib. Onun hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir.