Milinkoviç-Saviç “Əl-Hilal”a keçidə razılıq verdi
11.07.2023 - 00:29
Milinkoviç-Saviç “Əl-Hilal”a keçidə razılıq verdi

Sergey Milinkoviç-Saviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə razılıq verib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı serbiyalı yarımmüdafiəçi “Əl-Hilal”ın təklifini qəbul edib.

“Latsio”nun futbolçusunun keçidi baş tutsa, Sergey ildə 20 milyon avro qazanacaq. Lakin bunun üçün asiyalılar İtaliya klubunun da razılığını almalıdır. Ərəblər “Latsio”nun tələb etdiyi 40 milyon avronu ödəməyə də hazırdır.

Qeyd edək ki, Milinkoviç-Saviç 2015-ci ildən Roma təmsilçisinin formasını geyinir. Onun müqaviləsi gələn yay başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0