Milli üzvü Premyer Liqaya qayıdır?
16.06.2022 - 00:42
Milli üzvü Premyer Liqaya qayıdır?

“Mançester Yunayted” “Benfika”dan “Liverpul”a keçən hücumçu Darvin Nunyesə əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, uruqvaylı forvard uğrunda mübarizədə məğlub olan “qırmızı şeytanlar” indi də “Roma”nın qolçusu Temmi Abrahama elçi düşüb.

Premyer Liqa təcrübəsi olan Abraham ötən ildən “Roma”da çıxış edir. 24 yaşlı futbolçu ölkəsində “Çelsi” və “Aston Villa”nın formasını geyinib. İngiltərə millisinin üzvü Premyer Liqaya qayıtmağın əleyhinə deyil.

Qeyd edək ki, Temmi Abraham ötən mövsüm 53 oyunda 27 qol vurub, 5 assist edib.

writer photo
Əlirza Əlirzalı
0