Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
04.03.2024 - 16:56
Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi

Futbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” turnirinə Arif Əsədovun rəhbərliyi altında çıxacaq.

Apasport.az AFFA-ya istinadla xəbər verir ki, Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar.

Qeyd edək ki, Azərbaycan milli komandası martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək

writer photo
Əlirza Əlirzalı
0