Millinin futbolçusu “Sent-Etyen”dən gedir
22.06.2022 - 22:36
Millinin futbolçusu “Sent-Etyen”dən gedir

“Sent-Etyen”in və Tunis millisinin futbolçusu Vahbi Xazri komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, afrikalı futbolçunun klubu “Monpelye” ilə danışıqlar aparır.

31 yaşlı hücumameylli futbolçu da komandasını dəyişməyə razıdır. Amma transferin baş tutması üçün “Monpelye”nin hücumçularından birinin komandanı tərk etməsi vacibdir. Stefi Mavididinin də klubla vidalaşacağı gözlənilir.

Qeyd edək ki, “Sent-Etyen” pley-offda “Oser”ə uduzaraq aşağı dəstəyə yuvarlanıb.
 

writer photo
Əlirza Əlirzalı
0