Millinin hücumçusu 250 min funta avtomobil aldı
17.10.2023 - 15:07
Millinin hücumçusu 250 min funta avtomobil aldı

İngiltərə millisinin və “Mançester Yunayted”in futbolçusu Markus Reşford özünə yeni avtomobil alıb.

Apasport.az xəbər verir ki, ötən ay “Rolls Royce” ilə qəza törədən 25 yaşlı hücumçu bu dəfə də bahalı nəqliyyat vasitəsinə üstünlük verib.

Reşford yeni “Mercedes Sprinter” alıb. O, bunun üçün 250 min funt sterlinq ödəyib. Sentyabrda sükan arxasında olaraq avtomobilini əzən Markus bu dəfə şəxsi sürücü tutmağa qərar verib.

Qeyd edək ki, forvard cari mövsümün 10 matçında 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0