Millinin hücumçusu təyyarə aldı
06.05.2023 - 11:25
Millinin hücumçusu təyyarə aldı

Braziliya millisinin futbolçusu Halk təyyarə alıb.

Apasport.az saytının məlumatına görə, hazırda “Atletiko Mineyro”da çıxış edən 37 yaşlı hücumçu “Hawker 400XP” modelinə sahib çıxıb.

Cənubi amerikalı bunun üçün 7,4 milyon avro ödəyib. Altı sərnişin götürmək qabiliyyətinə malik “Hawker 400XP” qısa məsafələrə uçuş üçün nəzərdə tutulub. O, təyyarəni ailəsinin yanına getmək üçün alıb. 

Qeyd edək ki, 2021-ci ildən indiki klubunda çıxış edən Halk 2009-cu ildən Braziliya millisində forma geyinir.

writer photo
Əlirza Əlirzalı
0