Mitroviç üçün 55 milyon avro
16.08.2023 - 21:27
Mitroviç üçün 55 milyon avro

“Əl-Hilal”ın transfer etmək istədiyi hücumçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi Aleksandr Mitroviçin xidmətində maraqlıdır.

“Fulhem”in hücumçusunun keçidi bu yay gerçəkləşə bilər. Ərəblər transfer üçün 55 milyon avro ödəməyə razıdır. 28 yaşlı serbiyalı İngiltərəni Asiyaya dəyişməyə razılıq verib.

Qeyd edək ki, Mitroviç 2018-ci ildən “Fulhem”də çıxış edir.
 

writer photo
Əlirza Əlirzalı
0